Xətai rayon MKS-nin 4 saylı filialında “Şanlı tarix” başlığı altında tədbir təşkil olunub
Mayın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin 4 saylı filialının təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar “Şanlı tarix” başlığı altında tədbir təşkil olunub.
Tədbirdə tədqiqatçı-alim, publisist Babaxan Niyazlı, filalogiya üzrə fəlsəfə elmləri doktoru Tahir Şirvanlı, ədəbiyyatşünas Mərdan Camalov və Xətai rayon MKS-nin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Xətai rayon MKS-nin 4 saylı filialının əməkdaşı S.Kazımova qonaqları və iştirakçıları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibəti ilə təbrik edib.
Daha sonra Azərbaycan Xalq Cumhuriyyətinin qurucuları haqqında film nümayiş olunub.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərib.