Baş İdarə Ramazan bayramı münasibətilə tədbir keçirib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xudafərin Şadlıq Sarayında aztəminatlı və şəhid ailələri üçün Ramazan bayramı münasibətilə tədbir keçirilib. Tədbirin aparıcısı Humay Muxtarova tədbiri açıq elan edərək bütün qonaqları salamlayıb.
Sonra Nizami Rayon İcra Hakimiyyətinin müavini Gülnaz İsrafilova bayram münasibətilə hər kəsi təbrik edib, xalqımızın adət-ənənələrindən danışıb.
Konsertdə tanınmış müğənnilər Aynur Dadaşova, Nüşabə Musayevanın çıxışları maraqla qarşılanıb.
Sonda aztəminatlı və şəhid ailələri üçün bayram sovqatı paylanılıb.