az
Bütün xəbərlər

G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdinin növbəti uğuru

20-06-2018, 12:32
G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdinin növbəti uğuru

5 - 10 iyun tarixlərində İtalyada pianoçuların VIII beynəlxalq müsabiqəsi keçirilib. Bu müsabiqədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə 9 yaşlı şagirdi Ləman Seyidova iştirak edib.

Ləmanın yaş qrupunda ( 9 - 10 yaş) Hollandiya, İngiltərə, Almaniya, Çin, İspanya, Ukraniya, Serbiya, Sinqapur, Azərbaycan və İtalyadan 22 nəfər gənc pianoçular yarışıblar. O, proqramda Haydın “Sonata” N 31 E-dur, W.L.Cillock “Vals - Etüd”, Moonlight Mood” və Q.Qarayevin “Unudulmuş vals” əsərlərini məharətlə ifa edib. Münsiflər heyətinin sədri Vincenzo Balzani Ləmanın ifasını çox bəyənib və onların yekdil qərarı ilə I yerə layiq görülərək laureat adını qazanıb.

Bu müsabiqədən sonra iyunun 12-də Ləman Padova şəhərində keçirilən “Premio Citto De Padova” adlı XVI beynəlxalq müsabiqəsindədə iştirak edib. Rusiya, İngiltərə, İtalya, Azərbaycan və s. ölkələrin nümayəndələrinin iştirak etdiyi bu müsabiqədə Ləman I yerə layiq görülərək laureat adını qazanıb.Həmçinin münsiflər heyətinin qərarı ilə Padova Orkestri ilə çıxışa da dəvət alıb.

Qeyd edək ki, Ləman bundan əvvəl də bir neçə beynəlxalq müsabiqələrin laureat adını qazanıb. Onun müəllimi Əməkdar müəllim Kamilla Əliyevadır.

baku-art.az

G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdinin növbəti uğuru

G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdinin növbəti uğuru
Oxunma sayı : 214