az
Bütün xəbərlər

15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

20-06-2018, 12:28
 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

İyunun 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bibiheybət qəsəbə Mədəniyyət evi, Səbail rayon MKS-nin 4 saylı filialı ilə birgə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə 50 saylı orta məktəbin şagird və müəllim kollektivi, valideynlər, qəsəbə sakinləri tamaşaçı qismində iştirak ediblər.

İlk öncə tədbiri Mədəniyyət evinin bədii rəhbəri F.Babayeva açaraq, qonaqları salamlayıb bayram münasibəti ilə təbrik edib.

Sonra 15 iyun Milli Qurtuluş günü haqqında geniş məlumat verilib.

Tədbirin bədii hissəsində Mədəniyyət evinin “Sabahın ulduzları” adlı rəqs kollektivinin üzvləri rəqs nömrələri,Mədəniyyət evinin poeziya dərnəyinin üzvləri “ Azərbaycan” kompozisiyası ilə çıxış ediblər.

Sonda Bibiheybət mədəniyyət evinin poeziya və rəqs dərnəyinin üzvləri mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə diplomlarla təltif edilib.

baku-art.az

 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib
Oxunma sayı : 166