az
Bütün xəbərlər

Binəqədi rayon MKS-nin 6 saylı filialında “Qurtuluşa aparan yol” başlığı altında sərgi -söhbət keçirilib

13-06-2018, 16:36
 Binəqədi rayon MKS-nin 6 saylı filialında “Qurtuluşa aparan yol” başlığı altında sərgi -söhbət keçirilib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin 6 saylı filialında 15 İyun Milli Qurtuluş günü ilə əlaqədar “Qurtuluşa aparan yol” başlığı altında sərgi söhbət keçirilib.

Tədbirdə 182 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə kitabxananın əməkdaşı X.Qəhrəmanova bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək 15 İyun 1993-cü ili Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil olan dövlətçiliyimizin yox olmaq təhlükəsindən, Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin öz xilaskarlıq misiyası ilə ölkəmizin müstəqilliyini qoruyaraq o dövrdə respublikada tüğyan edən ictimai siyasi böhranı aradan qaldırıb respublikamızın müstəqillik yolları ilə inkişafının təməlinin qoymasından söhbət açıb.

Sonda oxucular şeirlər söyləyib,tədbir iştirakçıları sərgi ilə tanış olublar.

baku-art.az

 Binəqədi rayon MKS-nin 6 saylı filialında “Qurtuluşa aparan yol” başlığı altında sərgi -söhbət keçirilib

 Binəqədi rayon MKS-nin 6 saylı filialında “Qurtuluşa aparan yol” başlığı altında sərgi -söhbət keçirilib
Oxunma sayı : 179