az
Bütün xəbərlər

Bakı Uşaq Teatrının “Kimdir müqəssir?!” tamaşasının premyerası baş tutub

13-06-2018, 16:32
Bakı Uşaq Teatrının “Kimdir müqəssir?!” tamaşasının premyerası baş tutub


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ötən gün tamaşa ilə çıxış edib.Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi “Kimdir müqəssir?!” tamaşasının premyerası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş tutub.

Tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunub.

Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa ediblər.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

baku-art.az

Bakı Uşaq Teatrının “Kimdir müqəssir?!” tamaşasının premyerası baş tutub

Bakı Uşaq Teatrının “Kimdir müqəssir?!” tamaşasının premyerası baş tutub

Bakı Uşaq Teatrının “Kimdir müqəssir?!” tamaşasının premyerası baş tutub

Bakı Uşaq Teatrının “Kimdir müqəssir?!” tamaşasının premyerası baş tutub
Oxunma sayı : 177