az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 1 saylı filialı “Narkotiklə mübarizə” adlı söhbət keçirib

13-06-2018, 16:27
Sabunçu rayon MKS-nin 1 saylı filialı “Narkotiklə mübarizə” adlı söhbət keçirib


Mayın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 1 saylı filialı Bakı Sosial İqtisadi Kollecində Narkomaniyaya qarşı mübarizə günü münasibəti ilə “Narkotiklə mübarizə” adlı söhbət keçirib.

Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməyib.Kitabxana işçiləri tərəfindən kollecdə tələbələrlə açıq söhbət aparılıb.

Söhbətdə kitabxananın işçisi L.Məhərrəmova gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması,eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunmasndan danışıb.

Sonda tələbələrə narkotiksiz həyat seçmələrini, sağlam həyat tərzinin təbliği məqsədi ilə bukletlər paylanıb.

baku-art.az

Sabunçu rayon MKS-nin 1 saylı filialı “Narkotiklə mübarizə” adlı söhbət keçirib

Sabunçu rayon MKS-nin 1 saylı filialı “Narkotiklə mübarizə” adlı söhbət keçirib
Oxunma sayı : 146