az
Bütün xəbərlər

İçərişəhərdə gənc rəssamların əsərləri sərgilənəcək

11-06-2018, 11:28
İçərişəhərdə gənc rəssamların əsərləri sərgilənəcək


İyunun 14-də “Art Tover” rəsm qalereyasında gənc və həvəskar rəssamların əsərlərindən ibarət sərgi açılacaq.

Sərgi Mədəniyyət Nazirliyi və “İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı,“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşacaq.Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri nümayiş olunacaq.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq və Azərbaycan rəssamlarını tanıtdırmaqdır.

Sərgi bir həftə ziyarətçilər üçün açıq elan ediləcək.

baku-art.az
Oxunma sayı : 449