az
Bütün xəbərlər

Bakı Musiqi Akademiyasında Xalq Rəssamı Ömər Eldarovla görüş keçirilib

23-05-2018, 11:23
Bakı Musiqi Akademiyasında Xalq Rəssamı Ömər Eldarovla görüş keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yerləşən Opera Studiyasının böyük zalında məşhur heykəltəraş, Xalq Rəssamı, akademik, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüş keçirilib.

Xalq Artisti, BMA-nın rektoru Fərhad Bədəlbəyli görkəmli heykəltəraş Ömər Eldarovun Azərbaycan mədəniyyətinə töhfələrindən danışıb.

Qeyd edilib ki, onun əsərləri sırasında şairə Natəvanın (Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (Bakı), dramaturq Hüseyn Cavidin (Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (Naxçıvan), Sədrəddin Ayninin (Düşənbə), İbn Sinanın (Düşənbə), professor İhsan Doğramacının (Ankara), Heydər Əliyevin (Qars) heykəlləri, Üzeyir Hacıbəylinin (Bakı), Səttar Bəhlulzadənin (Bakı), Vaqif Mustafazadənin (Bakı), Niyazinin (Bakı), Süleyman Rəhimovun (Bakı), Fikrət Əmirovun (Bakı), akademik Ziya Bünyadovun (Bakı), akademik Həsən Əliyevin (Bakı) xatirə abidələri, “Elegiya” abidəsi, akademik Zərifə Əliyevanın (Bakı) və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (Bakı) qəbirüstü abidələri var.

Sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin də müəllifidir. Bu qəbildən olan “Qızım Lalənin portreti”, “Oğlum Müslümün portreti”, “Analıq”, “İlin dörd fəsli”, “Bacılar” və digər əsərləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib.

Tədbirdə Ömər Eldarova həsr edilən “Hələ axşam olmayıb” sənədli filmi nümayiş olunub. Filmin ərsəyə gəlməsində əməyi keçmiş yaradıcı heyət (ssenari müəllifi və rejissoru – Nicat Qurbanov, operatorlar – Habil Muğanlı, Rafiq Əliyev, bədii rəhbər Tahir Tahiroviç, prodüser İqbal Məmmədəliyev, layihə rəhbəri Namiq Hüseynov) səhnəyə dəvət olunaraq öz ürək sözlərini bildiriblər.

Daha sonra BMA-nın tələbələri konsert proqramı ilə çıxış ediblər.

Sonda səhnəyə dəvət olunan Xalq Rəssamı Ömər Eldarov öz səmimi hisslərini, təəssüratlarını, dəyərli fikirlərini auditoriya ilə bölüşüb.

baku-art.az


Bakı Musiqi Akademiyasında Xalq Rəssamı Ömər Eldarovla görüş keçirilib

Bakı Musiqi Akademiyasında Xalq Rəssamı Ömər Eldarovla görüş keçirilib

Bakı Musiqi Akademiyasında Xalq Rəssamı Ömər Eldarovla görüş keçirilib
Oxunma sayı : 148