az
Bütün xəbərlər

Bakıda Kitab Festivalı keçirilib

17-05-2018, 19:18
Bakıda Kitab Festivalı keçirilib


Mayın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu Nardaran Bilik Evi və Azərkitab-Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Sabunçu Kitab Festivalı” keçirilib.

Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkilləri Dilarə Cəbrayılova, Fazil Mustafa, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Yayım Assosasiyasının prezidenti Yaşar Zeynalov, yazıçılar Elxan Elatlı, Süleyman Kamal, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov və digər qonaqlar iştirak ediblər.

Tədbiri Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova açıq elan edib. O,ənənəvi olaraq keçirilən kitab bayramlarının mütaliə mədəniyyətimizin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Digər çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib, müxtəlif viktorinalar, əyləncəli oyunlar, müsabiqələr, imza saatları keçirilib.

Tədbirdə həmçinin Sabunçu rayon Mərkəzi Kitabxanası və kitabxana filialları, Sabunçu rayon Gənclər və İdman İdarəsi, Sabunçu rayonunda yerləşən orta məktəblər, mədəniyyət evləri, musiqi məktəbləri, səhiyyə müəssisələri, Müasir–İnnovasiyalar liseyi və digər qonaqlar iştirak edərək kitab sərgi-yarmarka ilə tanış olublar.
Ramanada yerləşən Reablitasiya Mərkəzinin, 3 internat məktəbinin və digər məktəblərin uşaqlarının əl işləri nümayiş etdiriblər.

Kitab bayramında Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Heydər Əliyev-95”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Azərbaycan ədəbiyyatı”, “Dünya ədəbiyyatı” və “Bizim nağıl boxçamız” başlıqlı kitab sərgiləri nümayiş etdirib.

Tədbirdə respublikanın bir sıra tanınmış nəşriyyatları iştirak edib. “Parlaq imzalar”, “İpəkyolu”, “Xan”, “Hədəf” nəşrlər evi, “Üçbucaq” kitab evi, “Çinar yayımları”, “Azərkitab” nəşriyyat mərkəzi və digərləri Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin satış-yarmarkasını təşkil ediblər.

Bayram iştirakçılarına Azərbaycan, ingilis və rus dillərində kitablar hədiyyə olunub.

baku-art.az

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib

Bakıda Kitab Festivalı keçirilib
Oxunma sayı : 983