az
Bütün xəbərlər

Ramazanda necə qidalanmalıyıq?

17-05-2018, 12:11
 Ramazanda necə qidalanmalıyıq?

İslamda ilin ayları arasında ən şəfaqətlisi və müqəddəs ay hesab edilən Ramazan ayı başladı. Havaların isti keçməsi oruc tutan şəxslərin sağlamlığı ilə bağlı bəzi suallar doğurur. Belə isti havalarda oruc tutanlar necə qidalanmalı, orqanizmi lazımi miqdarda maye ilə necə təmin etməlidir?.

Orucu açan zaman müəyyən miqdarda maye qəbulu mütləq olmalıdır. Çünki mədə şirəsi ifraz olunur, suyun özü mədə divarı boyu yayılır. Bu baxımdan ilk olaraq su qəbulu lazımdır. Xurmayla orucu açmaq isə o dövrdən qalma ənənədir. Məcburi deyil”.

Orucu açandan sonra ilk olaraq, duru xörək yeyilməlidir. Bura müxtəlif növ şorbaları daxil etmək olar. Amma çalışmaq lazımdır ki, duzu, istiotu, ədviyyatı az olsun, tərkibində mexaniki qıcıqlandırıcılar olmasın. Adətən orucu açandan sonra insanlar daha çox yeməyə başlayırlar. Bu, düzgün deyil. Gərək göz süfrədə qalsın. Tam da doymasınlar. Qida qəbulu isə “porsiya”larla olmalıdır, hissə-hissə yeyilməlidir. Birdən - birə mədəni böyük miqdarda qidayla yükləmək lazım deyil. Ramazanda bol tərəvəz və meyvə yeyilməlidir.

Qeyd edək ki, sahura qalxmadan oruc tutmaq orqanizm üçün ən ağır zərbədir. Belə vəziyyətdə baş ağrısı, halsızlıq kimi narahatlıqlar meydana çıxır. Sahurda bol maye qəbul edilməsi və meyvə yeyilməsi orqanizm üçün çox faydalıdır. Oruc tutduqda zəifləməmək üçün mütləq sahura qalxmaq vacibdir.

Xurma

Xurma ramazan süfrələrinin lazımıdır. 200-ə qədər növü vardır. Ölkəmizdə Egey Dənizi və Aralıq Dəniz bölgələrimizin sahil zolağında saxlanılır.

Xurma yüksək liflə bərabər fosfor, kalsium, dəmir, natrium, kalium, maqnezium, A vitamini, B1, B2, B3, B6, fol turşusu kimi vitamin və mineralları da olduqca yüksək nisbətlərdə daşıyır.

Nizamlı istehlak edildikdə ürək və damar xəstəlikləri riskini azaldır, qəbizliyin qarşısını alır. Lakin yüksək miqdarda şəkər daşıdığından qan şəkərini də yüksəldir.

baku-art.az

 Ramazanda necə qidalanmalıyıq?

 Ramazanda necə qidalanmalıyıq?

 Ramazanda necə qidalanmalıyıq?
Oxunma sayı : 947