az
Bütün xəbərlər

G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi “Salyut talantov” Bakı Bahar 2018 festival - müsabiqəsində iştirak ediblər

16-05-2018, 15:11
G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi “Salyut talantov” Bakı Bahar 2018 festival - müsabiqəsində iştirak ediblər


Bakı şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdləri “Salyut talantov” Bakı Bahar 2018 festival - müsabiqəsində iştirak ediblər.

Məktəbin şagirdlərindən Cavidan Babazadə I sinif (vokal), Cəlal Bəşirli I sinif (vokal), İskəndər Həsənzadə III sinif (vokal), Nuray Miratayeva IV sinif (f-no) və Tuqay Hüseynzadə IX sinif (kamança) bu müsabiqədə uğurla çıxış ediblər.

Müsabiqə Gənc Tamaşaçılar Teatrında baş tutub.

Müsabiqədə münsiflər heyətinin yekdil qərarı ilə C.Babazadə, C.Bəşirli, İ.Həsənzadə, T.Hüseynzadə I dərəcəli və N.Miratayeva II dərəcəli diploma layiq görülərək laureat adını qazanıblar.

Konsert zamanı İ.Həsənzadə əsərini ifa edib.

Həmçinin, I yerə layiq görülən uşaqlar 2018 - ci ilin oktyabrında Sankt - Peterburqda keçirilən Super finala dəvət alıblar.

baku-art.az

G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi “Salyut talantov” Bakı Bahar 2018 festival - müsabiqəsində iştirak ediblər
Oxunma sayı : 136