az
Bütün xəbərlər

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk Günəşi” adlı viktorina keçirilib

16-05-2018, 14:14
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk  Günəşi” adlı viktorina  keçirilib


Mayın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanası və 1 saylı filialı Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk Günəşi” adlı viktorina keçirib.

Tədbir A. Muradov adına 84 saylı tam orta məktəbdə təşkil olunub.

Viktorinada Suraxanı rayon F. İsmayılov adına 79 saylı tam orta məktəbin “Cümhuriyyət”, A.Muradov adına 84 saylı tam orta məktəbin “Təməl”, N.Salamov adına 97 saylı tam orta məktəbin “Savalan”, 140 saylı tam orta məktəbin “Zəka” komandaları iştirak ediblər.

İlk öncə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən video –çarx nümayiş etdirilib.

Sonra tədbirin aparıcısı tarix müəllimi E. Mahmudov Azərbaycan Respublikası Prezidentinin 10 Yanvar 2018-ci il 2867 №-li Sərəncamına əsasən 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili kimi qeyd olunduğunu bildirərək viktorinanın münsiflər heyətini və komandaları təqdim edib.

Viktorinanın qalibi A. Muradov adına 84 saylı tam orta məktəbin “Təməl” komandası olub. Qalib komandanın üzvlərinə Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda A. Muradov adına 84 saylı tam orta məktəbin direktoru Ş. İbişova viktorinanın təşkilinə görə Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanası və 1 saylı filialının kollektivinə, viktorina iştirakçıları və onların müəllimlərinə öz təşəkkürünü bildirib.

baku-art.az

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk  Günəşi” adlı viktorina  keçirilib

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk  Günəşi” adlı viktorina  keçirilib

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk  Günəşi” adlı viktorina  keçirilib

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk  Günəşi” adlı viktorina  keçirilib

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk  Günəşi” adlı viktorina  keçirilib

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk  Günəşi” adlı viktorina  keçirilib

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk  Günəşi” adlı viktorina  keçirilib

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk  Günəşi” adlı viktorina  keçirilib

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqin ilk  Günəşi” adlı viktorina  keçirilib
Oxunma sayı : 433