az
Bütün xəbərlər

Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

8-05-2018, 17:18
Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində yazıçı, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə filologiya elmləri doktoru, professor Şirindil Alışanov, filologiya elmləri doktoru, professor İfrat Əliyev, filologiya elmləri doktoru, professor Abdulla Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədəliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, xalq şairi, əməkdar incəsənət xadimi Fikrət Qoca, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Öncə Mir Cəlal Paşayevin həyatı ilə bağlı hazırlanmış fotoslayd təqdim olunub.

Çıxışçılar Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıblar, görkəmli şəxsiyyət haqqında öz xatirələrini bölüşüblər, onun Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutan yazıçı kimi tanındığını bir çox kitabların müəllifi olduğunu vurğulayıblar.

Sonda yazıçının ssenari müəllifi olduğu “Bir ailə” filmindən fraqment təqdim olunub.

baku-art.az

Oxunma sayı : 351