az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 8 saylı filialı "Milli iftixar günümüz" adlı tədbir keçirib

6-04-2018, 17:29
Sabunçu rayon MKS-nin 8 saylı filialı "Milli iftixar günümüz" adlı tədbir keçirib

Martın 28-də Sabunçu rayon MKS-nin 8 saylı filialı Kürdəxanı qəsəbə 113 saylı tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Milli iftixar günümüz" adlı tədbir keçirib.

Məktəbin tarix müəllimi S. Məmmədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətdir. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, görkəmli hərbi xadim, tam artilleriya generalı Səməd bəy Sadiq bəy oğlu Mehmandarovun fəaliyyəti geniş müzakirə olunub.

Səməd bəy Mehmandarov 1904-1905-ci illərdə Rusiya və Yaponiya arasındakı müharibədə iştirak etmişdir. Səməd bəy Mehmandarov Birinci Dünya Müharibəsi iştirakçısı olmuşdur. 1918-ci ilin payızında vətənə qayıtmışdır. Həmin ilin 25 dekabr tarixində o, hərbi nazir təyin edilib.

Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun memarı idi.

Məktəbdə Səməd bəy Mehmandarov həyat və fəaliyyətinə həsr olunmuş foto-stend təşkil olunmuşdur.

baku-art.az


Sabunçu rayon MKS-nin 8 saylı filialı "Milli iftixar günümüz" adlı tədbir keçirib

Sabunçu rayon MKS-nin 8 saylı filialı "Milli iftixar günümüz" adlı tədbir keçirib
Oxunma sayı : 201