az
Bütün xəbərlər

Səbail rayon MKS-nin 6 saylı filialı Maksim Qorkinin - 150 illiyi ilə əlaqədar məlumat saatı keçirib

6-04-2018, 14:04
Səbail rayon MKS-nin 6 saylı filialı Maksim Qorkinin - 150 illiyi ilə əlaqədar  məlumat saatı keçirib


Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 6 saylı filialı rus yazıçısı Maksim Qorkinin - 150 illiyi ilə əlaqədar 239 saylı orta məktəbdə məlumat saatı keçirib.

Kitabxanaçı N.Quliyeva Maksim Qorkinin həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki , Maksim Qorki dəyərli əsərləri ilə dünya mədəniyyəti tarixində özünə məxsus yeri olan ədiblərdən biridir.Onun həyat və yaradıcılığının bütün mərhələləri elmi araşdırmalarda kifayət qədər geniş təhlil edilsə də, tərcümeyi - halı və publisistik yazıları tam öyrənilməyib.

Qorki yaradıcılığı sovet ədəbiyyatşünaslığının əsas istiqamətlərindən biri kimi , istər nəsr , dram əsərləri , istər poeziyası vahid ideoloji meyarlar əsasında müəyyən çərçivədə tədqiq olunub.Publisistik yazılarının böyük qismi sovet ideya - siyasi məfkurəsinə xələl gətirə bilər , deyə yetmiş il tədqiqat müstəvisindən kənar saxlanılıb.

Maksim Qorkinin " Arxip baba və Lyonka " əsəri haqqında uşaqlarla diskusiya aparılıb.

baku-art.az

Səbail rayon MKS-nin 6 saylı filialı Maksim Qorkinin - 150 illiyi ilə əlaqədar  məlumat saatı keçirib

Səbail rayon MKS-nin 6 saylı filialı Maksim Qorkinin - 150 illiyi ilə əlaqədar  məlumat saatı keçirib
Oxunma sayı : 203