az
Bütün xəbərlər

Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında 31 Mart azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib

5-04-2018, 12:46
Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında 31 Mart azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib


Martın 30-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında 31 Mart azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib.

İlk öncə bütün soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra kitabxana əməkdaşları G.Qafarova, M.Rəhimova və M.Talıbova qan yaddaşımıza yazılmış 31 Mart azərbaycanlıların Soyqırımı günü haqqında ətraflı məlumat veriblər.

Onlar bildiriblər ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə xalqımızın tarixinə qara hərflərlə yazılmışdır.

Prezident H.Əliyevin 26 mart 1998-ci il tarixli fərmanından sonra hər il mart ayının 31-i Mart soyqırımının anım günü kimi qeyd olunur.

Sonda 31 Mart azərbaycanlıların Soyqırımı haqqında video-çarx nümayiş olunub.

baku-art.az

Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında 31 Mart azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib

Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında 31 Mart azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib

Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında 31 Mart azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib

Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında 31 Mart azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib
Oxunma sayı : 89