az
Bütün xəbərlər

Binəqədi rayon MKS-də “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında tədbir keçirildi

3-04-2018, 17:49
Binəqədi rayon MKS-də “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında tədbir keçirildi


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon MKS–nin Mərkəzi Kitabxanasında 1918-ci il 31 Mart azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” başlığı altında anım tədbiri keçirildi.

Tədbirin açılışında İnformasiya-resurs şöbəsi tərəfindən “31 Mart Soyqırımı: tarxin görünən və görünməyən üzü” adlı film nümayiş olundu.

Tədbirdə Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə elmləri doktoru Əli Fərhadov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya elmləri doktoru, professor Baba Babayev 31 Mart soyqırım tarixi haqqında çıxış etdilər.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə elmləri doktoru Əli Fərhadov çıxışında soyqırımın bütün dünyada tanıdılması ilə əlaqədar keçirilən rəsmi tədbirlərdə təbliğatına toxundu. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya elmləri doktoru, professor Baba Babayev baş verən soyqırımın tarixi-xronoloji və siyasi izahatını verdi.

Daha sonra Binəqədi rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəfa Quliyeva “31 Mart Azərbaycanlıların Soyqırım Günüdür” başlıqlı sərgidə nümayiş etdirilən ədəbiyyatın təbliği məqsədilə biblioqrafik icmalını verdi.

baku-art.az


Binəqədi rayon MKS-də “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında tədbir keçirildi

Binəqədi rayon MKS-də “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında tədbir keçirildi

Binəqədi rayon MKS-də “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında tədbir keçirildi

Binəqədi rayon MKS-də “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında tədbir keçirildi

Binəqədi rayon MKS-də “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında tədbir keçirildi

Binəqədi rayon MKS-də “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında tədbir keçirildi

Binəqədi rayon MKS-də “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında tədbir keçirildi

Binəqədi rayon MKS-də “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında tədbir keçirildi
Oxunma sayı : 199