az
Bütün xəbərlər

Səbail rayon MKS-nin 1 saylı filialı 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar sərgi-söhbət keçirib

3-04-2018, 17:20
Səbail rayon MKS-nin 1 saylı filialı 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar sərgi-söhbət keçirib


Martın 30-da Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Səbail rayon MKS-nin 1 saylı filialı 16 saylı texniki litseyin IX sinfində 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar sərgi-söhbət keçirib.

Söhbət zamanı kitabxananın uşaq şöbəsinin müdiri Təranə Abdullayeva 31 mart soyqırımı haqqında şagirdlərə geniş məlumat verərək bildirib ki, 31 mart günü Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Ədəbiyyat müəllimi G.Hüseynova 31 marta həsr olunmuş slayd nümayiş olunan zaman tarixi faktlarla bu faciəni şərh edib. Daha sonra şagirdlər 31 mart soyqırımı haqqında sərgidə nümayiş olunan kitablardan tarixi faktları oxuyaraq müzakirə aparıblar.

baku-art.az

Səbail rayon MKS-nin 1 saylı filialı 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar sərgi-söhbət keçirib

Səbail rayon MKS-nin 1 saylı filialı 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar sərgi-söhbət keçirib

Səbail rayon MKS-nin 1 saylı filialı 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar sərgi-söhbət keçirib

Səbail rayon MKS-nin 1 saylı filialı 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar sərgi-söhbət keçirib
Oxunma sayı : 133