az
Bütün xəbərlər

34 nömrəli Uşaq Musiqi məktəbində azərbaycanlılarının soyqırımına həsr olunmuş anım günü keçirilib

2-04-2018, 17:46
 34 nömrəli Uşaq  Musiqi məktəbində azərbaycanlılarının soyqırımına həsr olunmuş anım günü keçirilib

Martın 31-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 34 nömrəli Uşaq Musiqi məktəbində azərbaycanlılarının soyqırımına həsr olunmuş anım günü keçirilib.

Tədbiri məktəbin müəllimi S.Cəfərova qeyd edib ki, Martın 31 -i Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz.

Ulu öndər Heydər Əliyevin 26 mart 1998 - ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Bu soyqırım azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

baku-art.az


 34 nömrəli Uşaq  Musiqi məktəbində azərbaycanlılarının soyqırımına həsr olunmuş anım günü keçirilib

 34 nömrəli Uşaq  Musiqi məktəbində azərbaycanlılarının soyqırımına həsr olunmuş anım günü keçirilib
Oxunma sayı : 117