az
Bütün xəbərlər

Şüvəlan qəsəbə Mədəniyyət evində dəyirmi masa keçirilib

2-04-2018, 17:03
Şüvəlan qəsəbə Mədəniyyət evində dəyirmi masa keçirilib

Martın 31-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində “31 mart soyqırım həqiqətləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət evinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Zəminə Bayramova XX əsrin əvvəllərinin Azərbaycan tarixində önəmli hadisələrlə zəngin olduğunu bildirib: “1918-ci il martın 30-dan aprelin 3-nə qədər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eyni zamanda Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırım törədiblər. Soyqırımı nəticəsində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələri məhv edilib. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi.”

Daha sonra çıxış edən tədbir iştirakçısı Sevinc Şahverdiyeva dünya ictimaiyyətinə soyqırımı barədə məlumat verməyin, təbliğatın gücləndirilməsinin əhəmiyyətindən danışıb. O, 31 mart soyqırımının təbliğinin uzun illər gizli saxlanılan həqiqətlərin üzə çıxmasında vacib rolunun olduğunu deyib. Tədbir iştirakçısı olan mədəniyyət evinin poeziya dərnəyinin üzvi Əliağa Quliyev Hərbi vətənpərvərlik mövzusundakı şeiri ilə çıxış edib.

Sonda 31 mart soyqırımına həsr olunmuş kiçik sərgiyə baxış keçirilib.

baku-art.az

Şüvəlan qəsəbə Mədəniyyət evində dəyirmi masa keçirilib

Şüvəlan qəsəbə Mədəniyyət evində dəyirmi masa keçirilib
Oxunma sayı : 256