az
Bütün xəbərlər

33 nömrəli Uşaq Musiqi Məktəbində Sahib Paşazadənin solo konserti keçirilib

30-03-2018, 16:25
33 nömrəli Uşaq Musiqi Məktəbində Sahib Paşazadənin solo konserti keçirilib

Martın 16 - da Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 33 nömrəli Uşaq Musiqi Məktəbində Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü Sahib Paşazadənin solo konserti keçirilib.

Sahib Paşazadənin Azərbaycan Musiqi İncəsənətində göstərdiyi yüksək ifaçılıq sənətilə yanaşı, pedaqoji fəaliyyəti də diqqətə layiqdir. S.Paşazadə Azərbaycan Milli Konservatoriyasında xalq çalğı alətləri şöbəsinin dossenti və özünün yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəridir.

S.Paşazadə bir çox Beynəlxalq festivalların, müsabiqələrin iştirakçısı olmuş və mükafatlar qazanmışdır. Onlardan "Ağcaqayın yarpağı" adlı Beynəlxalq festivalda "Gran-Pri" mükafatına, Niaqara şəhərində keçirilən Beynəlxaq festivalda "Tarın paqaninisti" tituluna layiq görülmüşdür.

Konsert zamanı Sahib Paşazadə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa edib. O, A.Məlikovun "Məhəbbət əfsanəsi" və "İki qəlbin dastanı" baletindən fraqment,V.Adıgözəlovun "Qərənfil", F.Şubertin "Serenada", F.Şopenin "Vals", V.A.Motsartın "Rondo" və digər əsərləri ifa edib.

Konsertin sonunda məktəbin direktoru Nəzifə Əliyeva maraqlı və yüksək səviyyədə keçən konsert proqramı üçün Sahib Paşazadəyə öz adından və müəllim kollektivi adından təşəkkürünü bildirib.

baku-art.az

33 nömrəli Uşaq Musiqi Məktəbində Sahib Paşazadənin solo konserti keçirilib

33 nömrəli Uşaq Musiqi Məktəbində Sahib Paşazadənin solo konserti keçirilib

33 nömrəli Uşaq Musiqi Məktəbində Sahib Paşazadənin solo konserti keçirilib

33 nömrəli Uşaq Musiqi Məktəbində Sahib Paşazadənin solo konserti keçirilib

33 nömrəli Uşaq Musiqi Məktəbində Sahib Paşazadənin solo konserti keçirilib
Oxunma sayı : 494