az
Bütün xəbərlər

Səbail rayon MKS-nin 2 saylı filialı Novruz bayramı ilə əlaqədar “Xoş gəlmisən baharım” adlı tədbir keçirib

30-03-2018, 13:57
Səbail rayon MKS-nin 2 saylı filialı Novruz bayramı ilə əlaqədar “Xoş gəlmisən baharım” adlı tədbir keçirib


Martın 16-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 2 saylı filialı M.Rahim adına 7 saylı tam orta məktəb ilə birlikdə Novruz bayrami ilə əlaqədar “Xoş gəlmisən baharım” adlı tədbir keçirib.

Tədbirdə kitabxananın əməkdaşları mövzu ilə bağlı məruzə ilə çıxış edib ediblər. Bildirilib ki, bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.

Daha sonra məktəbin 2-ci və 4-cü sinif şagirdləri Novruz bayramı ilə bağlı şeirlər,kiçik bayram səhnəcikər,haxıştalar söylədilər.

Qeyd edək ki, Səbail rayon MKS-nin 2 saylı filialında Novruz bayramı haqqında kitablardan ibarət eyniadlı sərgi də təşkil olunub.

baku-art.az

Səbail rayon MKS-nin 2 saylı filialı Novruz bayramı ilə əlaqədar “Xoş gəlmisən baharım” adlı tədbir keçirib

Səbail rayon MKS-nin 2 saylı filialı Novruz bayramı ilə əlaqədar “Xoş gəlmisən baharım” adlı tədbir keçirib

Səbail rayon MKS-nin 2 saylı filialı Novruz bayramı ilə əlaqədar “Xoş gəlmisən baharım” adlı tədbir keçirib
Oxunma sayı : 181