az
Bütün xəbərlər

36 nömrəli Uşaq Musiqi Məktəbində Anar Bəndiyevin solo konserti təqdim olunub

19-03-2018, 14:37
36 nömrəli Uşaq Musiqi Məktəbində Anar Bəndiyevin solo konserti təqdim olunub


Martın 16-da Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli Uşaq Musiqi Məktəbinin Xəlq Çalğı Alətləri şöbəsinin tar ixtisası üzrə V sinif şagirdi Anar Bəndiyevin (müəllim Sahib Sultanov) dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş solo konserti təqdim olunub.

Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən konsertdə əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdar Fərəcov, əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, Respublikanın əməkdar artisti Həmid Vəkilov, Respublikanın əməkdar artisti Anar Şuşalı, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Musiqi təhsili və incəsənət sektorunun baş məsləhətçisi Mehriban Qurbanova və Bakı şəhər uşaq musiqi məktəblərinin direktorları iştirak ediblər.

Konsertdə Anar Bəndiyevin ifasında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından “Məcnunun atasının ariyası”, Q.Qarayevin “Aişənin rəqsi”, “Prelüd” №2, “7 gözəl” baletindən “Vals”, P.Lokatellinin “Cantabile”, S.Fərəcovun “Lirik rəqs”, V.Montinin “Çardaş”, N.Paqanininin “Cantabile”, H.Vəkilovun “Şıdırğı”, A.Rzayevin “Düşüncə”, F.Şopenin “Noktürn” əsərləri və “Çahargah” muğamı səslənib, ifaçını məktəbin Fortepiano şöbəsinin müəllimi Aysel Süleymanova müşayiət edib.

baku-art.az

36 nömrəli Uşaq Musiqi Məktəbində Anar Bəndiyevin solo konserti təqdim olunub

36 nömrəli Uşaq Musiqi Məktəbində Anar Bəndiyevin solo konserti təqdim olunub

36 nömrəli Uşaq Musiqi Məktəbində Anar Bəndiyevin solo konserti təqdim olunub
Oxunma sayı : 466