az
Bütün xəbərlər

Novruz bayramınız mübarək

20-03-2018, 07:00
Novruz bayramınız mübarək


Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Bu münasibətlə Mədəniyyət işçiləri adından bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik, hər birinə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayırıq.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bu bayramı çox təntənəli, həm də hələ bir ay öncədən qeyd etməyə başlayır. Xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT baş məclisi isə mart ayının 21-i "Beynəlxalq Novruz günü" elan etmişdir.

Arzumuz budur ki, elimizə, obamıza gələn Novruz ruzili-bərəkətli olsun, ailələrimizə sevinc, Azərbaycan xalqına sülh və əmin-amanlıq gətirsin!

Novruz bayramınız mübarək!

baku-art.az
Oxunma sayı : 246