az
Bütün xəbərlər

Xoca-həsən qəsəbə klubunun təşkilatçılığı ilə bayram tədbiri keçirilib

13-03-2018, 17:35
Xoca-həsən qəsəbə klubunun təşkilatçılığı ilə bayram tədbiri keçirilib


Martın 7 -də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xoca-həsən qəsəbə klubunun təşkilatçılığı ilə 8 mart beynəlxalq qadınlar gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə 103 saylı məktəbin direktoru S.Həziyeva açaraq ilk öncə bütün qadınları bayram münasibətilə təbrik edərək qeyd edib ki, sovetlər Birliyinin dağılmasına baxmayaraq, 8 mart bir çox ölkələrdə bu günə qədər qeyd olunur. Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Belarusda keçirilir. Həmçinin Azərbaycan da müstəqillik əldə etdikdən sonra bayram öz mahiyyətini qoruyub saxladı.

8 Mart Novruzdan öncə ölkəmizdə qeyd olunan yaz bayramıdır. Bu gün yaşından asılı olmayaraq bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası arzulanan qadın kimi hiss edir.Tədbirin bədii hissəsi kluda fəaliyyət göstərən kollektivlərin ifasında maraqlı və rəngarəng konsert proqramı ilı davam etdirildi.Məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi təçkil olundu.

baku-art.az

Xoca-həsən qəsəbə klubunun təşkilatçılığı ilə bayram tədbiri keçirilib
Oxunma sayı : 116