az
Bütün xəbərlər

Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində I sinif şagirdlərinin konserti keçirilib

13-03-2018, 15:47
Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində I sinif şagirdlərinin konserti keçirilib

Martın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş I sinif şagirdlərinin konserti keçirilib.

Məktəbin fortepiano ixtisası üzrə müəllimi Sevinc Sadıxova tədbiri açıq elan edərək sözü məktəbin direktoru Sevda xanım Məmmədovaya verdi. Sevda xanım məktəbin xanım müəllimlərini, valideynləri və şagirdləri bu bayram münasibəti ilə təbrik edib.

Sonra şagirdlər maraqlı konsert proqramı ilə çıxış ediblər. Tatyana Yatsenkonun rəhbərliyi ilə birincilərdən ibarət uşaq xoru yerli və xarici bəstəkarların əsərlərindən ibarət kompazisiya təqdim ediblər.

Sonra şagirdlərin ifasında Azərbaycan bəstəkarlarından Üz.Hacıbəylinin ,F.Əmirovun,T.Quliyevin, B.Nəsibovun, M.Əhmədovun, Ə.Abbasovun, xarici bəstəkarlardan isə L.Bethoven,A.Qlinka,V.Motsart,F.Şubert və basqalarının əsərləri səslənib.

baku-art.az


Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində I sinif şagirdlərinin konserti keçirilib

Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində I sinif şagirdlərinin konserti keçirilib

Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində I sinif şagirdlərinin konserti keçirilib

Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində I sinif şagirdlərinin konserti keçirilib

Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində I sinif şagirdlərinin konserti keçirilib

Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində I sinif şagirdlərinin konserti keçirilib

Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində I sinif şagirdlərinin konserti keçirilib

Ş.Ələkbərova adına 20 N-li 11 illik musiqi məktəbində I sinif şagirdlərinin konserti keçirilib
Oxunma sayı : 175