az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 2 saylı filialı “Xocalı-Son gecənin fəryadı” başlıqlı sərgi təşkil edib

7-03-2018, 08:21
Sabunçu rayon MKS-nin 2 saylı  filialı “Xocalı-Son gecənin fəryadı” başlıqlı sərgi təşkil edib

Sabunçu rayon MKS-nin 2 saylı filialı Xocalı Soyqırımının 26-cı ildönümü ilə əlaqədar 10 saylı məktəbin şagirdləri ilə birlikdə “Xocalı-Son gecənin fəryadı” başlıqlı sərgi təşkil edib.

İlk olaraq Xocalı Şəhidlərinin əziz xatirəsi 1dəqiqəlik sükutla yad edilib.

Söhbəti giriş sözü ilə 10 saylı peşə məktəbinin direktor müavini S.Ağayeva açaraq qeyd dib ki, xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq. Əsrlər keçəcək, yeni-yeni nəsillər gələcək, amma bu izin üstünü heç zaman nə daş–kəsək, nə də ot alaq basa bilməyəcək. Dünyanın hansı qitəsindən baxılsa da bu faciənin rus erməni cəlladlarının əli ilə törədilmiş ah-naləsi, iniltisi, fələkəti aydın görünəcəkdir. Xocalı Soyqırımı qurbanlarının xatirəsini yad edərkən biz nə qədər kədərlənsək də gələcəyə nikbinliklə baxır, bu faciəni törədənlərin öz cəzalarını alacaqlarına inanır, torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü gözləyirik.

baku-art.az


Sabunçu rayon MKS-nin 2 saylı  filialı “Xocalı-Son gecənin fəryadı” başlıqlı sərgi təşkil edib

Sabunçu rayon MKS-nin 2 saylı  filialı “Xocalı-Son gecənin fəryadı” başlıqlı sərgi təşkil edib

Sabunçu rayon MKS-nin 2 saylı  filialı “Xocalı-Son gecənin fəryadı” başlıqlı sərgi təşkil edib
Oxunma sayı : 104