az
Bütün xəbərlər

26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib

6-03-2018, 10:57
26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib


Fevralın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi və Suraxanı rayonu MKS-nin 3 saylı filialı birlikdə 26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İlk olaraq aparıcılar XX əsrin ən dəhçətli faciəsi olan Xocalı soyqırım haqqında məlumat verdilər. Tədbirdə çıxış edən Suraxanı rayonu MKS-nin 3 saylı filialının müdiri Natəvan Raxulova və Zığ qəsəbəsindən Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan İdris Süleymanovun anası Tamilla Süleymanova ötən əsrin sonlarında Azərbaycan xalqının başına gətirilən müsibətlərdən ürək yanğısı ilə danışdılar.

Daha sonra tədbir mədəniyyət evinin və kitabxananın fəal üzvlərinin hazırladığı “Xocalım, ay Xocalım” adlı kompazisiya və “Xocalı harayı” adlı səhnəciklə davam etdi.

Sonda Xocalı faciəsinə həsr edilmiş rəsm və kitab sərgisinə baxış keçirilib.

baku-art.az

26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib

26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib

26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib

26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib

26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib

26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib

26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib
Oxunma sayı : 215