az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 11 saylı filialı 23 "Xocalı bir ağı kimi-Xocalı harayı" başlığı altında tədbir hazırlayıb

6-03-2018, 09:46
Sabunçu rayon MKS-nin 11 saylı filialı 23 "Xocalı bir ağı kimi-Xocalı harayı" başlığı altında tədbir hazırlayıb


Sabunçu rayon MKS-nin 11 saylı filialı 23 "Xocalı bir ağı kimi-Xocalı harayı" başlığı altında tədbir hazırlayıb.

Tədbirdə Xocalıya həsr olunmuş səhnəcik nümayiş olundu. Şagirdlərdən Abuzərova Ülviyyə, İsmayılov İlkin, Ələsgərli Nihad, Hacıyev Səid və başqaları Xocalıya aid şeirlər söylədilər.

Çıxışlarda qeyd olundu ki, ötən əsrin 1992-ci ilin fevralında tarixdə görülməmiş qətliam baş verdi. Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə, Xocalı adlı bir şəhəri yer üzündən sildilər-insanlar amansızlıqla qətlə yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalandı. Bu Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi.

Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsiz insanların cəsədləri ilə dolmuşdu. Ermənilər qadınları və uşaqları, qocaları və xəstələri rəhm etmədən hamını güllələyərək süngüdən keçirirdilər. Faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş, azərbaycanlıları milli mənsubiyyətinə görə yollarda, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.

baku-art.az

Sabunçu rayon MKS-nin 11 saylı filialı 23 "Xocalı bir ağı kimi-Xocalı harayı" başlığı altında tədbir hazırlayıb
Oxunma sayı : 178