az
Bütün xəbərlər

Xətai rayon MKS-i Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir təşkil edib

6-03-2018, 09:26
Xətai rayon MKS-i Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir təşkil edib


Fevralın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin əməkdaşları Xətai rayon 95 saylı tam orta məktəbin kollektivi ilə birgə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir təşkil edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.

Sonra Xocalı faciləsi zamanı qətlə yetirilmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin əməkdaşı Fərəhnisə Məmmədova 26 fevral Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu qeyd etdi və xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb.

Tədbir Xətai rayon 95 saylı tam orta məktəbinin şagirdlərinin hazırladıqları bədii kompazisiya ilə davam etdi və Xocalı faciəsini əks etdirən film nümayiş olundu.

Sonda məktəbin foyesində şagirdlərin Xocalı faciəsinə həsr olunmuş "XOCALISIZ 26 İL" mövzusunda rəsm sərgisi təşkil olunmuş və yaradılan bu guşənin önündə məktəbin bütün sinifləri faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq gül dəstələri qoyuldu.

baku-art.az


Xətai rayon MKS-i Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir təşkil edib

Xətai rayon MKS-i Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir təşkil edib

Xətai rayon MKS-i Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir təşkil edib

Oxunma sayı : 278