az
Bütün xəbərlər

Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçirilib

5-03-2018, 12:05
Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçirilib

Respublikanın xalq artisti Ağaverdi Paşayevin bədii rəhbər və baş dirijoru olduğu Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri Həm Kamera və Orqan zalında, həm də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçirilib.

Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 24 nömrəli onbirillik Musiqi Məktəbinin şagirdləri də böyük uğurla çıxış ediblər.

Məktəbin şagirdlərindən tarda – VIII sinif şagirdi Əli Vəlizadə, klarnetdə - Respublika və Beynəlxalq Müsabiqələr Laureatı VIII sinif şagirdi Cavidan Rəsulov, nağarada – IV sinif şagirdi Eldar Yarıyev və V sinif şagirdi Respublika Müsabiqəsi diplomantı Rəşad Sultanov, vokal və xanəndələrdən Respublika Müsabiqəsi Laureatı III sinif şagirdləri Rəşad Həsənzadə “Gözlə məni”, “Vətənimdir”, Səma Məmmədova (Vüqarlı) “Gözəl Şuşa”, IV sinif şagirdləri Vəliməmməd Salayev “Qəmərim”, Həzrət Əzizli və Ədilə Əliyeva “Qarabağ şikəstəsi” zərb muğamını ifa ediblər.

baku-art.az

Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçirilib

Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçirilib

Süleyman Ələsgərovun xatirəsinə həsr olunmuş konsert keçirilib
Oxunma sayı : 244