az
Bütün xəbərlər

A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində “Xocalı faciəsi” adlı dəyirmi masa keçirilib

5-03-2018, 10:10
 A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində “Xocalı faciəsi” adlı dəyirmi masa keçirilib


Fevralın 23-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində “Xocalı faciəsi” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Heç bir cinayət cəzasız qala bilməz. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda , bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər,ancaq vaxt gələcəkdir ki, onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

baku-art.az
Oxunma sayı : 161