az
Bütün xəbərlər

Səbail rayon MKS-nin 2 saylı filialında “Qəlbləri dağlayan ağrı” adlı sərgi təşkil olunub

5-03-2018, 10:01
Səbail rayon MKS-nin 2 saylı filialında “Qəlbləri dağlayan ağrı” adlı sərgi təşkil olunub


Səbail rayon MKS-nin 2 saylı filialında 26 fevral - Xocalı soyqırımına həsr olunmuş “Qəlbləri dağlayan ağrı” adlı sərgi təşkil olunub.

Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı,əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədi həkk olundu.

Qeyd edək ki, sərgiyə baxış zamanı Xocalı soyqırımı haqqında oxuculara ətraflı məlumat verilib.

baku-art.az

Oxunma sayı : 144