az
Bütün xəbərlər

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş rəssamı "Qarabağın səsi" adlı rəsm sərgisində fəxri fərmanla təltif olunub

28-02-2018, 09:45
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş rəssamı "Qarabağın səsi" adlı rəsm  sərgisində fəxri fərmanla təltif olunub

24-26 fevral tarixlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan "Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi və ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, millət vəkilləri, xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

"Qarabağın səsi" aksiyasına qısa müddət ərzində 300-dən çox rəsm əsəri təqdim olunub. Münsiflər Heyəti tərəfindən fevralın 15-də həmin rəsm əsərlərinin sərgisinin təşkil olunması məqsədilə seçim mərhələsi keçirilib. Sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin 4 yaşı var.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş rəssamı Novruzova Aynur “ Viran qalmış Xocalım” əsəri ilə sərgiyə qatılmışdır. Sərginin təşkilatçılarından olan Murad Qulubəyli fəxri fərmanla Aynur Novruzovanı təltif elədi.

Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən əsərlər təqdim olunub.

Sərgidə seçim mərhələsindən keçən 110 müəllifin 120 əsəri nümayiş etdirilib.

baku-art.az

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş rəssamı "Qarabağın səsi" adlı rəsm  sərgisində fəxri fərmanla təltif olunub

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş rəssamı "Qarabağın səsi" adlı rəsm  sərgisində fəxri fərmanla təltif olunub

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş rəssamı "Qarabağın səsi" adlı rəsm  sərgisində fəxri fərmanla təltif olunub

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş rəssamı "Qarabağın səsi" adlı rəsm  sərgisində fəxri fərmanla təltif olunub

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş rəssamı "Qarabağın səsi" adlı rəsm  sərgisində fəxri fərmanla təltif olunub

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş rəssamı "Qarabağın səsi" adlı rəsm  sərgisində fəxri fərmanla təltif olunub
Oxunma sayı : 343