az
Bütün xəbərlər

Şövkət Ələkbərova adına Mədəniyyət evində “Xocalı harayı” adlı dəyirmi masa keçirilib

27-02-2018, 15:28
Şövkət Ələkbərova adına Mədəniyyət evində “Xocalı harayı” adlı dəyirmi masa  keçirilib


Fevralın 23 -də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şövkət Ələkbərova adına Mədəniyyət evində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı harayı” adlı dəyirmi masa keçirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının və vətənimizin ərazi bütövlüyü uğrundə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Mədəniyyət evinin direktoru C. Süleymanov, bədii rəhbər G. Musayeva xalqımızın tarixində faciəli bir səhifə, insanlığa qarşı ən qəddar, amansız, kütləvi terror hadisəsi olan Xocalı soyqrımından, bu soyqırımın bütün dunyada tanınmasının Azərbaycan Dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri olduğu haqda çıxış ediblər.

baku-art.az

Şövkət Ələkbərova adına Mədəniyyət evində “Xocalı harayı” adlı dəyirmi masa  keçirilib

Şövkət Ələkbərova adına Mədəniyyət evində “Xocalı harayı” adlı dəyirmi masa  keçirilib
Oxunma sayı : 231