az
Bütün xəbərlər

Binə qəsəbə Mədəniyyət Mərkəzində “Keçmişini unudanın gələcəyi olmaz” adlı anım günü keçirilib

27-02-2018, 10:05
 Binə qəsəbə Mədəniyyət Mərkəzində “Keçmişini unudanın gələcəyi olmaz” adlı anım günü keçirilib

Fevralın 22-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binə qəsəbə Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Keçmişini unudanın gələcəyi olmaz” adlı anım günü keçirilib.

Tədbirdə Binə qəsəbə Mədəniyyət Mərkəzinin bədii rəhbəri F.İsayılova Xocalı soyqırımı haqqında məlumat verib və tarixin ən ağır faciəsi olan Xocalı Soyqırımını unutmamağı qeyd edib.

Tədbirdə Xocalı Soyqırımını əks etdirən, onların xatirəsinə həsr olunan və Xocalı uğrunda döyüşən qəhrəmanlarımızın döyüş tarixindən bəhs edən kompozisiya və şeirlər söylənib.

Mərkəzin direktoru G.Abbasova çıxış edərək hər kəsi mübariz olmağa, bu günü unutmamağa və lazım gələrsə vətənimizn müdafisəinə qalxmağa hazır olmağımızı tövsiyyə edib.

baku-art.az

 Binə qəsəbə Mədəniyyət Mərkəzində “Keçmişini unudanın gələcəyi olmaz” adlı anım günü keçirilib
Oxunma sayı : 156