az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 2 saylı filialında “Ana dili–Qiyməti bilinməz bir incidir o” adlı söhbət keçirilib

26-02-2018, 11:57
Sabunçu rayon MKS-nin 2 saylı filialında “Ana dili–Qiyməti bilinməz bir incidir o” adlı söhbət keçirilib


Fevralın 19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialında Beynəlxalq Ana Dili günü münasibəti ilə “Ana dili–Qiyməti bilinməz bir incidir o” başlıqlı sərgi təşkil olunub və 170 saylı məktəbin şagirdləri ilə birlikdə söhbət keçirilib.

Söhbəti giriş sözü ilə baş kitabxanaçı M.Ağalarova açaraq dünyada məhv olmaq təhlükəsi ilə üzləşən, dillərin qorunması məqsədi ilə hər il keçirilən Beynəlxalq Ana Dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bildirib.

Doğma ana dilimiz daş kitabələrdən üzü bu yana uzun, çətin və şərəfli bir yol keçərək bugünki səviyyəyə gəlib çatmışdır. Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn, Xətai qılıncından sıyrılıb çıxan dilimiz həzin ana laylası ilə canımıza, qanımıza hopmuşdur. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımız, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Yaşa ana dilim, dillər içində !


baku-art.az

Sabunçu rayon MKS-nin 2 saylı filialında “Ana dili–Qiyməti bilinməz bir incidir o” adlı söhbət keçirilib
Oxunma sayı : 129