az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar söhbət keçirib

26-02-2018, 11:20
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar söhbət keçirib


Fevralın 21-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar olaraq söhbət keçirib. Tədbirdə 158 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri iştirak edib.

Tədbiri məktəbin Azərbaycan Dili və Ədəbiyyat müəlliməsi H.Əhmədova açaraq bildirib ki, fevralın 21-i bütün dünyada “Beynəlxalq Ana Dili günü” kimi qeyd olunur.

Bu gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilib. 2002 – ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respubliksaının Qanunu qəbul edilib. 2004-cü il yanvarın 12-də isə prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam verib.

Daha sonra metodika və biblioqrafiya şöbəsinin müdiri A.İsmayılova və böyük metodist İ.Hüseynova qeyd ediblər ki, ana dili hər bir xalqın, millətin varlığıdır.

Bu gün Azərbaycan dili təkcə doqquz milyonluq Azərbaycan Respublikasını deyil şimaldan – cənuba, şərqdən – qərbədək planetimizin 70 - ə qədər ölkəsində yaşayan əlli milyonluq xalqın dilidir. Ana dilimizi qorumaq inkişaf etdirmək hamımızın müqəddəs borcudur.

Tədbirin sonunda Mərkəzi Kitabxananın tədbirlərində fəal iştirak edən məktəblilər Fəxri Fərmanla təltif edildilər.

baku-art.az

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar söhbət keçirib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar söhbət keçirib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar söhbət keçirib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar söhbət keçirib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar söhbət keçirib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar söhbət keçirib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar söhbət keçirib

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar söhbət keçirib
Oxunma sayı : 193