az
Bütün xəbərlər

21 fevral Beynəlxalq Ana Dili günü münasibəti ilə tədbir keçirilib

23-02-2018, 09:17
21 fevral Beynəlxalq Ana Dili günü münasibəti ilə tədbir keçirilib

Fevralın 20-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında 21 fevral Beynəlxalq Ana Dili günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin baş məsləhətçisi Şücaət Piriyeva, Azərbaycan Respublikası Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzi Qadınlar Şurasının sədri, vətənpərvər şairə Mərcan Şahbuzlu, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədir müavini, M.Nağıyev adına Milli Dəyərlər fondunun sədri Dilarə Nağıyeva, "Carçı" jurnalının redaktoru Gülnarə Əmirquluyeva, Nərimanov rayon MKS-nin, Texniki kitabxananın əməkdaşları və faəl oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzi kitabxananın oxu zalının müdiri A.İsmayılova hər bir millətin, o cümlədən, xalqımızın varlığının mühüm amillərindən biri olan ana dilimiz, onun tarixi haqqında geniş məlumat verərək bildirib ki, tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman əzilsə də, repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bilib.

Sonra 21 fevral Bəynəlxalq Ana Dili günü haqqında video-çarx nümayiş olunub.

Tədbirdə iştirak edən qonaqlar və kitabxana əməkdaşları milli sərvətimiz olan Ana dilimizin hər bir Azərbaycan vətəndaşı üçün dəyəri, dilimizin inkişafı üçün dahi insan ümumilli lider ulu öndər Heydər Əliyevin verdiyi fərman və sərəncamların əhəmiyyəti, H.Əliyevin Azərbaycan dili ilə əlaqədar yürütdüyü siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməsi haqqında geniş məlumatlar veriblər.

Tədbir zamanı kitabxananın fəal oxucuları olan 258, 200, 178,193 və 35 saylı tam orta məktəbin şagirdləri ana dilimizə həsr edilmiş şeirlər söyləyib,C.Məmmədquluzadənin "Bizim obrazovannılar" hekayəsini canlandırıblar.

baku-art.az

Oxunma sayı : 265