az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 11 saylı filialında "Jül Vern-190" adlı kitab sərgisi keçirilib

19-02-2018, 11:36
Sabunçu rayon MKS-nin 11 saylı filialında "Jül Vern-190" adlı kitab sərgisi keçirilib


Fevralın 17 də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-nin 11 saylı filialında "Jül Vern-190" adlı kitab sərgisi keçirilib.

259 saylı orta məktəbin şagirdlərinə yazıçının həyat və yardıcılığı haqqında məlumat verilib.

Fransız yazıçısı Jül Vern XIX əsrin ən böyük yazıçılarından biridir. "Su altında 20 min lyö", "80 gün Yer ətrafında", "Aya səyahət", "Dünyanın mərkəzinə səyahət", "Kapitan Qrantın uşaqları" romanları ilə məşhurluq qazanıb.

Yazıçı 1905-ci il martın 24-də 78 yaşında şəkərli diabetdən vəfat edib. Özündən sonra müxtəlif bilik sahələrini əhatə edən 20 mindən çox dəftərdən ibarət kartoteka qoyub. Jül Vernin məzarı üzərində “Ölümsüzlüyə və əbədi gəncliyə doğru” sözləri yazılmış abidə ucaldılıb.

Jül Vern elmi fantastika elementlərini macəra janrına gətirməyə çalışan ilk yazıçılardan biri olub. Maraqlıdır ki, Jül Vernin ən yaxşı kitablarında ağlagəlməz fantastik faktlar kimi təsvir olunanların çoxu indi həyatımızın adi atributuna çevrilib.

Bu əbədiyaşar romanları vərəqləyərkən müəllifin o vaxtlar mövcudluğu əsla mümkün olmayan hadisələri və ixtiraları necə parlaq təsvir etdiyinin şahidi olacaqsınız. Jül Vern çox məhsuldar yazıçı olub, özündən sonra 66 roman, çoxsaylı povest və pyes qoyub gedib. Onun romanlarından çoxu müvəffəqiyyətlə ekranlaşdırılıb.

baku-art.az

Sabunçu rayon MKS-nin 11 saylı filialında "Jül Vern-190" adlı kitab sərgisi keçirilib
Oxunma sayı : 325