Nizami rayon MKS-inin uşaq şöbəsi “Kitab insan ömrüdür” adlı tədbir keçirib
Fevralın 12-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nizami rayon MKS-inin uşaq şöbəsi 129 saylı uşaq bağçasında Kitab Bağışlama günü ilə əlaqədar “Kitab insan ömrüdür” adlı tədbir keçirib.
Şöbənin müdiri N.Təhməzova Kitab Bağışlama günü haqqında uşaqlara məlumat verərək qeyd edib ki, 14 bevral-beynəlxalq kitab bağışlama günü kimi qeyd olunur.
Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.2012-ci ildə meydana gələn bu bayram ABŞ-da məşhur Delightful Children's Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır.Bu ideyanı ona balaca oğlu vermişdir.
Sonra şöbənin işçisi F.Paşayeva uşaqlara kitab bağışlayaraq bu gözəl sevincini onlara yaşadıb.
Bağçanın müəllimləri H.Zeynalova və O.Məmmədova uşaqlara kitab hədiyyə etdikləri üçün kitabxananın əməkdaşlarına təşəkkür ediblər.
Tədbirin keçirilməsinin əsas məqsədi bu əlamətdar günün yayılmasını təşkil etmək və uşaqlarda gələcəkdə kitaba, mütaliəyə marağı artırmaqdır.