az
Bütün xəbərlər

Yasamal rayon MKS-i “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin ilk seçim turunu keçirib

12-02-2018, 09:13
Yasamal rayon MKS-i “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin ilk seçim turunu keçirib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilir.

Fevralın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-i “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin ilk seçim turunu keçirib.
Müsabiqənin ilk turunda 158 saylı tam orta məktəbin şagirdləri və fəal oxucular iştirak ediblər.

Münsiflər heyəti şagirdlərin çıxışlarını 10 ballıq sistemlə qiymətləndirib, nəticədə H.Mustafayev, N. Məmmədli, E.Kərimli və G.Fərəcova şeir müsabiqəsinin növbəti turuna vəsiqə qazanıblar.

Qeyd edək ki, müsabiqənin ikinci mərhələsi cari ilin aprel ayı ərzində Bakı şəhəri və 15 regional mərkəz üzrə təşkil olunacaqdır.

Bu mərhələdə hər bir şəhər (rayon) üzrə qalib gəlmiş bədii qiraətçilər iştirak edəcəklər.

Regional mədəniyyət və turizm idarələri tərəfindən müəyyənləşdirilən münsiflər heyəti tərəfindən hər region üzrə 2 qalib seçiləcəkdir.

Müsabiqənin II turu - final mərhələsi cari ilin may ayında Bakı şəhərində təşkil olunacaq.

baku-art.az

Oxunma sayı : 357