az
Bütün xəbərlər

Bu günün tarixi

12-02-2018, 08:02
1502 - Vasko da Qama Hindistana ikinci səyahətini Lissabondan başlamışdır

1541 - Pedro de Valdivia tərəfindən Çilinin paytaxtı Santyaqo şəhərinin əsası qoyulmuşdur

1809 - çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşunas Çarlz Darvin dünyaya gəlib

1855 - Miçiqan Dövlət Universitetinin əsası qoyulmuşdur

1911 - tarzən, Azərbaycanın xalq artisti Bəhram Mansurov dünyaya gəlib

1915 - Sovet İttifaqı Qəhrəmanı İdris Süleymanov dünyaya gəlib

1923 - Azərbaycan şairi İslam Səfərli dünyaya gəlib

1923 - İtaliya kino rejissoru Franko Zeffirelli dünyaya gəlib

1931 – Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli hərbi xadimi Səməd bəy Mehmandarov vəfat edib

1933 - Heykəltəraş, azərbaycanın əməkdar rəssamı Elmira Hüseynova dünyaya gəlib

1940 – Azərbaycan sovet partiya və dövlət xadimi, azərbaycan SSR Baş Prokuroru, Stalin repressiyalarının qurbanı Bahadır Vəlibəyov vəfat edib

1957 - Azərbaycan kino rəssamı və rejissoru Adil Azay dünyaya gəlib

1964 - Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın Xalq şairi Təbriz Xəlilbəyli dünyaya gəlib

1990 - Düşənbədə hökumət və müxalifət arasında başlayan qarşıdurma qısa vaxt ərzində vətəndaş müharibəsinə çevrilib

baku-art.az
Oxunma sayı : 249