Şövkət Ələkbərova adına Mədəniyyət evində Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib
Fevralın 8- də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şövkət Ələkbərova adına Mədəniyyət evində “Musiqi ilə yaşayan ömür” silsilə tədbirləri proqramı çərçivəsində Azərbaycanın dahi bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı,akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
İlk öncə Mədəniyyət evinin bədii rəhbəri G. Musayeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncamı ilə tədbir iştirakçılarını tanış edib.
Sonra Mədəniyyət evinin direktoru C.Süleymanov “Qara Qarayevin unudulmaz irsi“ və mədəni kütləvi təşkilatçı P. Süleymanova “Dahi bəstəkar Qara Qarayev” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda tədbir iştirakçıları bəstəkarın həyat və yaradıcılığı haqqında çıxışlar ediblər.