az
Bütün xəbərlər

Səbail rayon MKS-nin 3 saylı filialında “Azərbaycan oğullarının Mübariz yolu” başlığı altında məlumat saatı keçirilib

9-02-2018, 11:43
Səbail rayon MKS-nin 3 saylı filialında  “Azərbaycan oğullarının Mübariz yolu”  başlığı altında məlumat saatı keçirilib


Fevralın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 3 saylı filialında Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 30 illik yubileyi ilə əlaqədar “Azərbaycan oğullarının Mübariz yolu” başlığı altında məlumat saatı keçirilib.

Tədbirdə kitabxana kollektivi və 49 saylı “İntellekt” məktəb-liseyin vııı c sinif şagirdləri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları qəhrəmanın ruhunu bir dəqiqəlik sükutla yad edib.

Kitabxananın əməkdaşı N.Novruzova bildirib ki, Mübariz İbrahimov vətən uğrunda qəhrəmancasına canından keçərək şəhidliyə qovuşmaqla Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərmişdir.

Daha sonra isə kitabxana əməkdaşı Elxan Elatlının Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edən “Qisas gecəsi” romanı haqqında iştirakçılara geniş məlmat verib.

Sonda şagirdlər məlumat saatı ilə bağlı hazırlanmış sərgi ilə tanış olublar.

baku-art.az

Səbail rayon MKS-nin 3 saylı filialında  “Azərbaycan oğullarının Mübariz yolu”  başlığı altında məlumat saatı keçirilib

Səbail rayon MKS-nin 3 saylı filialında  “Azərbaycan oğullarının Mübariz yolu”  başlığı altında məlumat saatı keçirilib

Səbail rayon MKS-nin 3 saylı filialında  “Azərbaycan oğullarının Mübariz yolu”  başlığı altında məlumat saatı keçirilib
Oxunma sayı : 225