Suraxanı rayon MKS-inin Mərkəzi Kitabxanasında şeir müsabiqəsinin ilk mərhələsi keçirilib
Fevralın 6-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Suraxanı rayon MKS-inin Mərkəzi Kitabxanasında böyük şair mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600 illiyi münasibətilə şeir müsabiqəsinin ilk mərhələsi keçirilib.
Müsabiqənin münsiflər heyəti Suraxanı rayon MKS-inin şöbə müdirləri S.Ələkbərova, S. Abasova, G. Hacıyeva və böyük metodisti J.Mirzəyeva iştirakçıları qiymətləndirib.