Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
Fevralın 2-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon 53 saylı tam orta məktəblərin şagirdləri Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər.
Şagirdlər Mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar.Burada onlara Mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.