Sabunçu rayon MKS-in 8 saylı filialında "Xeyriyyəçi insan" adı altında dəyirmi masa keçirilib
Yanvarın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-in 8 saylı filialında Hacı Zeynalabdin Tağıyevin 195 illiyi münasibəti ilə "Xeyriyyəçi insan" adı altında dəyirmi masa keçirilib.
Dəyirmi masada kitabxananın fəal oxucuları, 113 saylı Kürdəxanı qəsəbə tam orta məktəbinin şagirdləri iştirak ediblər. Kitabxananın multimedia işçisi Validə Babayeva Hacı Zeynalabdin Tağıyevin həyatından və gördüyü işlərdən ,zəngin sahibkarın həmişə müsəlmanların mənafeyi ilə bağlı ictimai-siyasi məsələlərdə fəallıq göstərməsindən, onun vəsaiti hesabına Ə.Axundzadənin, S.M.Qənizadənin, N.Nərimanovun və s. kitablarının çap olunması haqqında məlumat verib.