Xətai rayon MKS-nin Mərkəzi Kitabxanası Qara Qarayevə həsr olunmuş kitabların biblioqrafik icmalını təşkil edib
Yanvarın 26-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbində olublar.
Xətai rayon MKS-inin əməkdaşları R.Tahirova və Z.Səfərova Azərbaycanın dahi bəstəkarı Qara Qarayevə həsr olunmuş kitabların biblioqrafik icmalını təşkil ediblər.
Xətai rayon MKS-inin baş biblioqrafı R.Tahirova qeyd edib ki, Musiqi tarixinə Qara Qarayev isdedadlı bəstəkar, görkəmli musiqişünas, pedaqoq və ictimai xadim kimi daxil olub.
Azərbaycan və dünya musiqi sənətinin inkişafında mühüm rol oynamış şəxslər arasında Qara Qarayevin adı xüsusi qeyd olunur. Fəaliyyəti dövründə opera, balet, kontata, simfonik poema, romans, müzikl, simfoniya, kütləvi mahnılar, kinofilmlərə və dram əsərlərinə yazılmış müxtəlif mövzulu suitalar yaratmış görkəmli bəstəkar əksər əsərlərində milli musiqi ilə klassik və müasir musiqi üslublarının üzvi birliyinə, mövzuların romantik şərhinə nail olmuşdur.Bu xüsusiyyətlər onun yaradıcılığının aparıcı xətti əsas prinsipləridir.
S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi Qara Qarayevin həyatını və musiqi fəaliyyətini əks etdirən kitablardan ibarət sərgini maraqla izləyiblər.